AZ

Panama Prezidenti Trampın su kanalı ilə bağlı iddialarını rədd edib

Panama kanalı Panama Respublikası hökumətinin nəzarəti altında qalacaq.

“Report” xəbər verir ki, belə bir əminliklə ölkə Prezidenti Xose Raul Mulino çıxış edib.

"Xalqımız adından ABŞ Prezidenti Donald Trampın açılış nitqində Panama kanalı ilə bağlı dediklərini tamamilə rədd etməliyəm. Təkrar edirəm: kanal Panama və onun administrasiyasının nəzarəti altındadır və belə də qalacaq", - Panama Prezidentinin Dəftərxanasının rəsmi məlumatında qeyd olunur.

"Dünyanın heç bir ölkəsinin rəhbərliyi bizim administrasiyanın işinə qarışmır. Kanal heç kimin konsessiyasında olmayıb. Mübarizə 1999-cu ildə başa çatıb və sonrakı 25 il ərzində biz kanalı davamlı şəkildə idarə edib, onu ticarət, bütün dünya, o cümlədən ABŞ üçün inkişaf etdirmişik", - Mulino qeyd edib.

O qeyd edib ki, dialoq üçün hər zaman yer var, lakin Panama kanalının suverenliyi və mülkiyyəti eyniadlı ölkədə qalacaq.

Bazar ertəsi günü, ABŞ-də andiçmə mərasimində çıxış edən Donald Tramp bildirib ki, Panama hakimiyyəti su kanalını idarə edə bilmir və ABŞ ona nəzarəti bərpa edəcək. "Ən önəmlisi odur ki, Çin kanala nəzarət edir. Biz kanalı Çinə verməmişik, Panamaya vermişik, geri də alacağıq", - o deyib.

Tramp yenə də Panama hakimiyyətini Amerika gəmiləri, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə keçid üçün həddindən artıq pul ödəməkdə və Birləşmiş Ştatların kanala nəzarəti Panamaya təhvil verərkən imzalanmış müqaviləni pozmaqda ittiham edib.

Seçilən
8
26
far.az

10Mənbələr