1400-dən çox xüsusi texnika, 500 canlı qüvvə səfərbər olunub
Qazaxıstanın paytaxtı Astanaya normadan xeyli artıq qar yağıb.
Reyting.az “Sputnik-Kazaxstan”a istinadla xəbər verir ki, şəhər rəhbərliyi ilk növbədə ictimai nəqliyyatın daha sıx hərəkət etdiyi küçə və prospektlərn qardan təmizlənməsini həyata keçirib.
Astanada ötən gecə ərzində qartəmizləmə işlərinə 1400-dən çox xüsusi texnika və 500-dən artıq yol işçisi cəlb olunub.
Məlumata görə, yanvarın 20-də günortadan sonra paytaxtdan kənara 36 min kubmetrdən çox qar daşınıb.
V. QULİYEV