Rusiyada hava limanlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib
Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün səhər saatlarında Kazan və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub.
Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
"Hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və ya göndərmir", - məlumatda qeyd olunub.
Bildirilir ki, uçuşun təhlükəsizliyini təmin etmək üçün hava gəmilərinin ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri bütün zəruri tədbirləri həyata keçirir.