Bakı. Trend:
Yanvarın 20-də ölkə ərazisində qeydə alınan 81, əvvəlkidövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 38, o cümlədənborclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.