Ötən il ərzində əhalinin gəlirləri nominal ifadədə 83 milyard 100 milyon manat olub.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 5 milyard manat və ya 6,4% çoxdur. 2023-cü ildə əhalinin gəlirləri nominal ifadədə 78 milyard 100 milyon manat olub.
Bununla yanaşı, ötən ilin yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 996,8 manat təşkil edib ki, bu da, illik müqayisədə 73,7 manat, yaxud da 8% çoxdur. 2023-cü ilin yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 923,1 manat olub.
Əvəz Həsənov