AZ

Boşanma hallarının artmasına səbəb nədir?

Son illər boşanmaların sayının öncəki illərlə müqayisədə artdığı müşahidə olunur. Bu məsələ hazırda dövrün ən aktual problemlərindən biridir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində  Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb.

Maraqlıdır, boşanma hallarının artmasına səbəb nədir?

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov bildirib ki, boşanmaların əsas səbəblərindən biri kənar şəxslərin ailədaxili münasibətlərə müdaxilə etməsidir: “Ailədə yaşanan zorakılıq faktlarının qurbanları da əksər hallarda xanımlar və uşaqlar olur. Bu kimi halların qarşısını almaq üçün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müxtəlif  tədbirlər, bir sıra görüşlər keçirir. Bununla belə boşanmalarla yanaşı ailə həyatı quran şəxslərin sayında müəyyən azalma müşahidə olunur. Gənclər prioritet olaraq təhsil almağa, onu davam etdirmək üçün xarici ölkələrə üz tutmağa, növbəti mərhələlərdə kariyera qurmağa yönəlirlər və daha sonra  ailə qurmaq haqqında düşünürlər. Bu da sözsüz ki, birbaşa olaraq orta nikah yaşına təsir göstərir”. 

Bu gün orta nikah yaşı böyük şəhərlər üçün oğlanlar arasında 29-30 yaş olduğu halda, qızlar arasında bu göstərici 26-27 yaş qeyd olunur. 

Leyla Səməndər

Seçilən
7
35
yeniazerbaycan.com

10Mənbələr