AZ

Orta Dəhliz vasitəsilə enerji və nəqliyyat-logistika sahəsində əməkdaşlıq hər iki ölkənin mənafeyinə uyğundur

Cari ilin 17 yanvar tarixində Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata birgə bəyanatla çıxış etmişlər. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ilk xarici səfərini Azərbaycana etməsi görüşün xüsusi əhəmiyyətindən xəbər verir. Ümumiyyətlə Gürcüstan-Azərbaycan əlaqələri müntəzəm xarakter daşıyır. Bu görüş həm də son 10 ay ərzində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana sayca 3-cü səfəridir.

Əlbətdə ki, iki ölkə arasındakı münasibətlərin dayanıqlı olması yeni deyil. Tarix boyu Azərbaycan və Gürcüstan xalqları dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Əsrlər keçsə də bu ənənələr bu gün də yaşayır. Sovet İttifaqı dağılandan sonra müstəqil siyasət yeridən hər iki dövlət əlaqələri artıq yeni müstəviyə qaldırmışlar.

Ölkələrimiz arasındakı hərtərəfli münasibətdə iqtisadi göstəricilər daha qabarıq özünü büruzə verir. Çünki son illərin iqtisadi göstəricilərinə nəzər yetirəndə görürük ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. 

Digər önəmli məsələ təbii ki, enerji və nəqliyyat-logistika sahəsində olan əlaqələrdir. Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Azərbaycan hazırda Gürcüstan tranziti vasitəsilə 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə bu ixrac artır. 

Bu gün, Orta Dəhliz layihəsindən söz etdik də hər iki ölkə mühüm strateji mövqedədir və bu məsələdə də Azərbaycan və Gürcüstanın maraqları üst-ustə düşür.

Uzun illərin sınağından çıxmış əlaqələrimiz uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. 

Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.

 

Eldəniz Zeynalov  

Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

Seçilən
38
50
missiya.az

10Mənbələr