Bakı. Trend:
2024-cü ilin yanvar-dekabr aylarında fərdi uçot sistemində uçotaalınmış sığortaolunanların sayı 179 089 nəfər və ya 3,59%artıb.
Trendxəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF)məlumat yayıb.
Bildirilib ki, beləliklə, 2025-ci ilin 1 yanvar tarixinə uçotaalınmış sığortaolunanların sayı 5 163 590 nəfər təşkil edib.