2024-cü ilin ən təhlükəsiz minik avtomobilləri açıqlanıb.
Banco.az xəbər verir ki, bu barədə “Euro NCAP” təşkilatı aparılan qəza testlərinin nəticələrinə əsasən məlumat yayıb.
Belə ki, “Ən təhlükəsiz elektrik avtomobili” kateqoriyasında “Zeekr X” krossoveri qalib olub. Bundan əlavə, bu model kiçik krossover sinfində də ən yaxşı avtomobil kimi tanınıb.