Əlcəzair Fransadan nüvə sınaqlarının fəsadlarını aradan qaldırmağı tələb edir.
Rəsmi Paris müstəmləkəçilik dövründə Əlcəzair səhrasında həyata keçirilən nüvə partlayışlarının təmizlənməsi üçün bütün məsuliyyəti üzərinə götürməlidir.
"Yeni Azərbaycan" Əlcəzair radiosuna istinadən verdiyi məlumata görə, bunu həmin ökənin Millət Şurasının (parlamentin yuxarı palatası) sədri Saleh Qujil deyib.
"Ölkəmizin mövqeyi Fransanın müstəmləkəçilik dövründə Əlcəzair səhrasında fransız müstəmləkəçilərinin həyata keçirdikləri nüvə partlayışlarının nəticələrinin aradan qaldırılması üçün tam məsuliyyət daşımasını tələb edir", - o biıdirib.
Qujil onu da qeyd edib ki, Əlcəzair xalqı, xüsusən partlayışların baş verdiyi regionların sakinləri bu günə qədər onların dağıdıcı nəticələrindən əziyyət çəkməkdə davam edirlər.
Havar Şəfiyeva