Türkiyədə Bolu vilayətində yerləşən Kartalkaya xizək kurortu ərazisindəki hoteldə güclü yanğın baş verib.
Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verib.
İlkin məlumata görə, yanğın nəticəsində altı nəfər ölüb, 21 nəfər yaralanıb.
Bolu vilayətinin valisi Əbdüləliz Aydın ölənlərin və yaralananların yerli vətəndaşlar olduğunu bildirib.
Mənbə: oxu.az