DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İslandiya yığmasında baş məşqçi dəyişikliyi reallaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə İslandiya Futbol Federasiyasının mətbuat xidməti açıqlama yayıb.
Baş məşqçi postunda Oqe Hareyda ilə yollarını ayıran federasiya onun boşaltdığı posta Arnar Qunnslauqssonu təyin edib.
51 yaşlı mütəxəssis bundan əvvəl “Vikinqur” klubunu çalışdırıb. O, sözügedən komanda ilə iki dəfə ölkə çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində millimiz İslandiya ilə yanaşı, Ukrayna, həmçinin Fransa – Xorvatiya cütünün qalibi ilə eyni qrupda yer alıb.