Əfqanıstan administrasiyası ölkədə saxlanılan ABŞ vətəndaşlarının müqabilində bir Əfqanıstan vətəndaşının azad edildiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əfqanıstan müvəqqəti hökuməti Xarici İşlər Nazirliyi X sosial media hesabında paylaşım edib.
Verilən açıqlamada, iki ölkə arasında əsir mübadiləsi ilə bağlı bir müddətdir davam edən danışıqları \"uzun və faydalı” adlandırıb.
Açıqlamada ABŞ-də saxlanılan Xan Məhəmməd adlı Əfqanıstan vətəndaşının Əfqanıstanda saxlanılan ABŞ vətəndaşlarının qarşılığında ölkəyə geri qaytarıldığı bildirilib.
ABŞ məhkəmələri tərəfindən ömürlük həbs cəzasına məhkum edilən Məhəmmədin cəzasını Kaliforniya ştatında çəkdiyi və bu şəxsin Əfqanıstana qayıtdığı bildirilib.
Vasitəçi ölkə Qətərə təşəkkür edilən açıqlamada Əfqanıstan rəhbərliyinin bu razılaşmanı problemlərin danışıq yolu ilə həlli nümunəsi kimi gördüyü qeyd edilib.
ABŞ-nin razılaşmanı qəbul etməsinin müsbət qiymətləndirildiyi və bunun iki ölkə arasında münasibətlərin normallaşmasına və inkişafına kömək etdiyi vurğulanıb.
Əfqanıstandan azad edilən ABŞ vətəndaşlarının məlumatları ilə bağlı təfərrüat verilməyən açıqlamada Əfqanıstan vətəndaşı Məhəmmədin təxminən 20 il əvvəl Nangerhar əyalətində həbs edildiyi qeyd edilib.
Oksana