AZ

Bakıda Fransa müstəmləkəsi olan Reyunyon adası ilə bağlı beynəlxalq konfrans keçirilir - FOTO - YENİLƏNİB

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə müstəqillik uğrunda mübarizə aparan Reyunyon xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərli, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edib.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Qarabağın özü də müstəmləkə ərazisi idi. Dünyanı idarə edən siyasi qüvvələr Qarabağı əsarətdə saxlayıb:

"Biz müstəmləkəçi dövlətlərin niyə müstəmləkə ölkələrini əsarətdə saxladığını bilməliyik. Bakı Təşəbbüs Qrupu artıq Fransanın siyasi elitasını narahat edirsə, bu, qısa vaxt ərzində əldə olunan böyük nəticədir. Vətən müharibəsi Azərbaycanın siyasi mövqeyini dünya miqyasında gücləndirib. Qarabağın özü də müstəmləkə ərazisi idi. Biz sanki dünya müharibəsi aparmışıq. Qarabağda qələbə dünyanın siyasi daşlarını tərpətdi. Reyunionçular siyasi və tarixi şüur istəyindədirlər. Fransanın müstəmləkələri dünya müharibələri üçün məkan, nüvə silahı üçün plasdarm rolunu oynayır. Biz illərlə Fransa da daxil olmaqla, beynəlxalq ictimaiyyətdən imdad diləmişik. Lakin sonda ərazi bütövlüyünü özümüz bərpa etdik".

Müstəqillik Uğrunda "Ka Ubuntu" təşkilatının rəhbəri Romain Katambara Qərb imperializminin dominatlığından azadlığın müstəmləkə dövlətləri üçün önəmli xarakter daşıdığını söyləyib:

"Bizim təşkilatımız Afrikadakı müstəmləkələrin müstəqilliyi uğrunda mübarizə aparır. Bizim üçün ən vacib məqam formal "müstəqillikdən" azad olmaq və real müstəqilliyi əldə etmək, eləcə də imperializmə qarşı effektiv mübarizə aparmaqdan ibarətdir. Bizim burada olmağımız Fransaya qarşı apardığımız mübarizəmiz baxımından vacibdir. Fransa müstəmləkə altında saxladığı ölkələrdə gərginlik yaradır. Panafrikaçılıq hərəkatı Aftika xalqlarına müstəqillik qazanmağa imkan verən bir hərəkatdır. Reyunion olaraq çalışırıq ki, müstəqil dünya dövlətlərinin sırasına daxil olmaqla, Qərb imperializminin dominatlığından azad olaq. Bizim ölkəmiz Fransa üçün öz təsir gücünü qoruyub saxlamağa xidmət edən bir ölkədir".

Milli Məclisin deputatı Pərvanə Vəliyeva isə deyib ki, Fransanın müstəmləkə regionlarında bu gün ən dərin problemlərdən biri orada gənclərin 60 faizinin işsizlik şəraitində yaşamasıdır:

"XX əsrdə müstəmləkə ərazilərindən "dənizaşırı ərazi" statusuna keçdikdən sonra da bu xalqların həyat şəraitində və sosial vəziyyətində dəyişiklik baş vermədi. Bu gün Afrikanın Əlcəzair, Konqo və Madaqaskar kimi dövlətlərində müstəmləkə siyasi gərginlik, iqtisadi asılılıq və sosial bərabərsizlik kimi mənfi izlərini qoyub. Fransa hakimiyyəti müstəmləkə ərazilərinin kənd təsərrüfatı və sənaye potensialını məhdudlaşdırır, onları yalnız idxaldan asılı vəziyyətə salırdı. Yerli iqtisadiyyatların Fransanın maraqlarına işləməsi bu ölkələrin xalqarının yoxsulluq şəraitində yaşamasına səbəb olmuşdu. Lakin bütün bunlara rəğmən Reyuniyon xalqı mübarizəsini davam etdirir".

Tədbir çıxışlarla davam etdirilib.

09:30

Bu gün Bakıda Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın məlumatına görə, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutan tədbirdə müstəqillik uğrunda mübarizə aparan Reyunyon xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərli, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edir.

Konfransda Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnun tanınmasının aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər və bu xüsusda beynəlxalq hüquqi mexanizmlər müzakirə olunacaq.

Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərində portuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildə XIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib və Burbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniya qurulub.

Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir. Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrunda göstərdiyi səylərə ciddi maneələr yaradır. İqtisadi sahədə bu təsir, adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi və işsizlik səviyyəsinin yüksək qalması kimi məsələlərdə özünü göstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmaqla yanaşı, onların qərarvermə prosesində iştirakını da minimuma endirir.

Bu tədbir Reyunyon xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırış platforması rolunu oynayacaq.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Seçilən
6
34
apa.az

10Mənbələr