ABŞ ordusu Skyryse şirkəti ilə əməkdaşlıq edərək SkyOS əməliyyat sistemi əsasında helikopter idarəetmə sistemini hazırlayıb.
Herbiand.az bildirir ki, bu sistem avtomatlaşdırma və intellektual interfeyslər vasitəsilə pilotların maşınları idarə etməsi prosesini xeyli asanlaşdırır.
Köhnəlmiş sükanlar və alət panelləri əvəzinə SkyOS-da iki sadə sensor ekran və joystikdən istifadə olunur. İndi uçuşun sürətini və ya istiqamətini dəyişmək üçün yüngül hərəkət kifayətdir. Döyüşün qızğın vaxtında pilotların diqqətini sensor ekranlar vasitəsilə yayındırmamaq üçün SkyOS ekipajı təhlükələr barədə xəbərdar edərək ərazinin ağıllı 3D xəritəsini həyata keçirir. Yalnız bir toxunuşla sistem helikopterin sabit sürüşməsini təmin edəcək.
Bu gün helikopter pilotlarının hazırlanması proqramı 2-3 il üçün nəzərdə tutulub. SkyOS bu müddəti bir neçə dəfə azaldır. Zamanla yeni pilotlar üçün yalnız minimal hazırlıqlar lazım olacaq. Amma hələlik bunlar sadəcə planlardır. ABŞ Ordusunun 2100-dən çox UH-60 Black Hawk helikopterlərinin yenidən qurulması əhəmiyyətli resurs və vaxt tələb edəcək.
Bəxtiyar CƏFƏRLİ