“Atamın vəziyyətində heç bir dəyişiklik yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin qızı Ayfər Feyziyeva deyib.
“Artıq 6 gündür. Həkimlər əllərindən gələni edirlər, çox təəssüf, hələ də ayılmayıb. Möcüzə gözləyirik, başqa heç nə...” - o bildirib.
Xatırladaq ki, Nizaməddin Şəmsizadə hazırda "Baku Medical Plaza"nın reanimasiya şöbəsindədir. O, uzun müddətdir, dializ və şəkər xəstəliyindən əziyyət çəkir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta