AZ

Erməni mətbuatı: “Bu ərazi Azərbaycana güzəştə gedilərsə,…” – ÖZƏL

Tavuş bölgəsində sərhədin demarkasiyası adı altında yeni ərazilərin güzəştə gedilməsi ehtimalı var. Bu dəfə söhbət Kiranats-Voskepar sahəsindən gedir. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti məlumat yayıb.

Məlumata görə, Kiranats sakini Andranik Nazaryan bildirib ki, məsələ strateji əhəmiyyətli "Voskepar Üçbucağı" adlı ərazi ilə bağlıdır. "Ərazinin Azərbaycana güzəştə gedilməsi halında, düşmənin nəzarətinə qaz kəməri və yol da daxil olmaqla, bir sıra mühüm sahələr keçəcək."

Nəşr qeyd edib ki, sakinlər torpaqlarını hər vəchlə qorumaq istəyirlər, lakin dövlətin repressiv mexanizmi qarşısında təkbaşına gücsüz olduqlarını düşünürlər. Onlara güclü, ağıllı və sarsılmaz bir lider lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr