Bakı. Trend:
Məlum olduğu kimi, dünən Facebook səhifələrində müəyyən xaricidairələr tərəfindən idarə olunan trol ordusunun anidən kütləvipaylaşımları ilə aktivləşməsi əksər sosial şəbəkə istifadəçilərininvə media qurumlarının diqqətindən qaçmayıb.
Belə ki, Fərid Səfərlinin vətənə qaytarıldığı barədə DTX vəXİN-in birgə məlumatından sonra, mənbəyi bilinməyən və hər biriyeni yaradılmış çoxsaylı saxta profillər qeyd olunan xəbərinpaylaşıldığı Facebook səhifələrini “eyni sözlər”dən ibarətşərhlərlə doldurmağa başladılar.
Şərhlərdə əsasən, “Fərid Səfərlinin casusluq etməsinəbaxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərildiyi,bununla belə layiq olmadığı halda Azərbaycana qaytarıldığı”bildirilir.
Qohumlarından əldə olunan məlumata əsasən, Almaniyada tələbəolan, getdiyi İranda 2 il həbsdə saxlanılmış Fərid Səfərli əvəzsizqaydada deyil, Azərbaycanda həbsdə olan İran casusu ilədəyişdirilməklə və Azərbaycanın öz vətəndaşına verdiyi yüksəkdəyərdən irəli gələrək qaytarılıb. Azərbaycan dövlət orqanlarınınrəsmi məlumatında deyildiyi kimi, qarşılıqlı prosedurçərçivəsində.
Odur ki, Azərbaycan mühitini tanımadan sosial şəbəkələrinAzərbaycan seqmentinə saysız trolları ilə ideoloji müdaxiləyə cəhdedən kəmfürsət yarımçıq texnoloqlar belə şərhləri ilə Azərbaycanxalqının gözündə nə qədər gülünc göründüklərini bilsələryaxşıdır.