Eks-prezident Serj Sərkisyana bağlı xanım deputat Anna Mkrtchyan deyib: “Erməni xalqının ağrısını, bizim kollektiv faciəmizi dəmir qırıntısına çevirib parlamentin divarından asıblar. Bizi daha da aşağılamaq, alçaltmaq istəyirlər. Bu, qəddar ironiyadır, çünki bu xəritəni nümayiş etdirmək vəzifəsi illər əvvəl Ağdamı vətəni elan edən, özünü “Ağdamtsı Alen” adlandıran və heç vaxt Artsaxın bir santimetrini belə təslim etməyəcəyinə söz verən birinə həvalə edilib. İndi bu xəritə deyilən şeydən təkcə Ağdamı yox, Vətənimizin yarısını siliblər”...
Xanım deputat çıxışından sonra parlament kürsüsündən Ermənistan və Artsaxın vahid xəritəsini nümayiş etdirib. Lakin bir neçə dəqiqə sonra zala dövlət mühafizə xidmətinin əməkdaşı daxil olaraq deputatın görünən yerə yapışdırdığı xəritəni qoparıb aparıblar...
Sessiyaya sədrlik edən parlament sədrinin müavini Ruben Rubinyan xanım Mkrtçyanı xəritəni “metal qırıntısı” adlandırmasını Ermənistanı təhqir etmək kimi dəyərləndirib: “Məncə, bu xəritəni “metal qırıntısı” kimi təqdim etmək Ermənistan Respublikasına açıq-aşkar təhqirdir. Xanım Mkrtçyan Dağlıq Qarabağı və yeddi ətraf rayonu mavi rənglə birləşdirən xəritəni təqdim etdi və bildirdi ki, bu, satqın hakimiyyətin təslim etdiyi vətənimizdir. Xanım Mkrtçyan, sizin siyasi lideriniz 10 il prezident olub. Bu o deməkdirmi ki, o, vətəni təslim etmək üçün danışıqlar aparırdı? Serj Sarkisyan açıq şəkildə bəyan etdi ki, Ermənistan 5+2 formuluna əsasən ərazilərdən çıxmağa hazırdır. Serj Sərkisyan vətəni təslim edirdi? Bu o deməkdirmi ki, o satqındır? Sizin komandanız satqınlardan təşkil olunub?”, deyə Rubinyan sual edib...
Gördüyünüz kimi, qonşuluqda hələ də “real Ermənistan”ın tərəfdarları ilə “Böyük Ermənistan”ın revanşist müdafiəçiləri arasında qırğın gedir...
Ölkəmizin faşist dövlətlə qonşu olduğunu və faşizm təhlükəsinin sovuşmadığını xatırladan İlham Əliyev bu yaxınlarda belə demişdi: “Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi (Nikol Paşinyan və tərəfdarları) məhv edəcək, ya da biz (Ermənistandakı Qarabağ klanını) məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.
Elbəyi Həsənli
visiontv.az