“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda Rumıniya FCSB-sinə qarşı keçirəcəyi matç haqqında danışıb.
QOL.az digisport.ro-ya istinadən xəbər verir ki, hazırda Rumıniyanın digər br klubu “UTA Arad”ı çalışdıran mütəxəssis Ağdam təmsilçisi ilə görüşün FCSB üçün çətin olacağını deyib:
"Bizim itirəcəyimiz heç nə yoxdur. Yalnız qalib gəlmək lazımdır. "Qarabağ"ın yaxşı heyəti, keyfiyyəti var. Öz ölkələrinin ən yaxşısıdırlar.
FCSB matça ciddi yanaşmalıdır. "Qarabağ"a çox sərmayə qoyublar. FCSB-nin hücum futbolu oynamağını istəyirəm, amma nə edəcəyini ən yaxşı Cici Bekali (FCBS-nin sahibi - red.) bilir”.