AZ

Elektron xidmətlərə müraciət edənlərin sayı açıqlanıb 

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ildə 37 milyon müraciət olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 8,4 milyon dəfə istifadə edilib. 251 min təyinat e-infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda nazirliyin 160 xidmətindən 145-dən və ya 90 faizdən çoxu elektron qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı, “Əmək və Məşğulluq” altsistemi yaradılıb.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, 2024-cü ildə nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 663 milyon olub.

Seçilən
3
2
hafta.az

3Mənbələr