Xankəndi şəhərində əhalinin istirahəti və şəhərin görkəminin yaxşılaşdırılması məqsədilə “Zəfər parkı”nın, “Zəfər muzeyi” və “Mədəniyyət mərkəzi”nin yaradılması istiqamətində işlərə başlanılıb.
Bu barədə İndex.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verib.
Bildirilib ki, hazırda dünyada nüfuzlu şirkətlərdən biri olan “Chapman Taylor” tərəfindən Xankəndi şəhərinin Baş planının hazırlanması istiqamətində işlər davam etdirilir.
Məlumata görə, 2025-ci ildə Xankəndi, Xocalı və Ağdərədə bir sıra mühüm infrastruktur obyektlərinin istismara verilməsi, yeni xidmət obyektlərinin fəaliyyətə başlaması və yaşayış məntəqələrində bərpa-quruculuq işlərinin aparılması ilə keçmiş məcburi köçkünlərin geri qayıdışı planlaşdırılır.