AZ

Millətimizə qarşı cinayətlərdə ittiham olunan ermənilər Azərbaycanın ədalət mühakiməsinə çıxarıldı - Zərərçəkmiş şəxs

Bakı. Trend:

Bu gün hərbi cinayətlərdə ittiham olunan ermənilərinməhkəməsində zərərçəkmiş kimi iştirak edirəm.

Bunu Trend-əaçıqlamasında Ağdam rayonunda minaya düşərək zərər çəkən şəxsSüleyman Heydərov deyib.

"Zərərçəkmiş kimi onu deyə bilərəm ki, millətimizə qarşıcinayətlərdə ittiham olunan ermənilər Azərbaycanın ədalətmühakiməsinə çıxarıldı. Heç şübhə etmirəm ki, ədalətin aliliyiqorunub saxlanılacaq. İttiham olunan şəxslər ən ağır cəza iləcəzalandırılacaq", - o bildirib.

Qeyd edək ki, Ermənistan dövləti və onun silahlı qüvvələri, ocümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuşərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” vəonun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana vəAzərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər,müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma,soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbisoyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə bu günməhkəmənin növbəti iclası başlayıb.

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi ZeynalAğayevin sədrliyi ilə məhkəmənin növbəti hazırlıq iclası davametdirilir.

Məhkəmənin hazırlıq iclası yanvarın 17-də başlayıb.Təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, müdafiəüçün vəkillərlə təmin edilib.

Məhkəmədə dövlət ittihamını 6 prokuror, Azərbaycan dövlətiadından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatınınrəhbəri Rüfət Məmmədov iştirak edib.

Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onlarınnümayəndələri var.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlıqüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "DağlıqQarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələrtərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər -Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, SahakyanBako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, BabayanDavit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani,Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, StepanyanQurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç,Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşıAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkarmüharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102(beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlarahücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106(köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə),109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113(işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərinipozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adamöldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1(terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat)yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasınavermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiyatəhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin vəya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorlaələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunuzorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayansilahlı birləşmələri və qrupları yaratma) və digər maddələri iləittiham olunurlar.

Məqalədə:
Seçilən
6
50
az.trend.az

10Mənbələr