AZ

Ermənistanda revanşist qruplar hələ də qalmaqdadır- ÖZƏL

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar aparılır. Ermənistan Avropa İttifaqının yarım hərbi mülki missiyasını ölkədən çıxarmağı və Azərbaycana qarşı ərazi iddialarını qanunvericilik bazasından çıxarılması barədə şərtləri qəbul edib. Həmçinin Minsk qrupunun buraxılmasına gedəcək. Türkiyə prosesi aktiv şəkildə aparır". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Qeyd edim ki, Ermənistan parlamentində Respublika fraksiyasının üzvü Azərbaycana qarşı ərazi iddialarını əks etdirən xəritəni kürsüyə vurub. Parlament rəhbərliyi təxribatın qarşısını alsa da bu kimi siyasi qüvvələr qalmaqdadır. Göründüyü kimi, keçmiş hakimiyyət Qarabağ məsələsini gündəmə gətirir. Ermənistanda revanşist qrup qalmaqdadır və onlar anti-Azərbaycan siyasətlərini parlament səviyyəsində həyata keçirilər. N. Paşinyan  seçkilərdə revanşist qrupu növbəti dəfə parlamentə gətirsə, ciddi problemlər olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
36
olaylar.az

10Mənbələr