AZ

Zukerberq 400 minlik saatı ilə diqqət çəkdi

ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasiminə qatılan “Meta” korporasiyasının rəhbəri, milyarder Mark Zukerberqin taxdığı saat diqqət çəkib.

Publika.az xəbər verir ki, o, “Patek Philippe” markasına məxsus nadir “Grand Complication Chrono moonphase ref 5270/1R” saatı ilə mərasimə qatılıb.

240 000 dollar (təxminən 408 min manat) dəyərində olan bu saat 18 karat çəhrayı qızıl qolbaq və CH 29‑535 PS Q mexanizmli korpusa malikdir.

Mükəmməlliyin və klassik incəliyin təcəssümü olan zərif saatı gün, ay, il, gündüz və gecə dəyişikliyi göstəriciləri bəzəyir. Saatın dəqiqlik və estetikliyini göstərən taximetr şkalası siferblatını əhatə edir.

Seçilən
10
publika.az

1Mənbələr