Azərbaycanda şirkət birləşmədən sonra nizamnamə kapitalının həcmi 8.92 milyon manata yüksəlib və şirkətin yeni şəxsin idarəetməsində fəaliyyətini davam etdirəcək.
Publika.az xəbər verir ki, bu, "Aznet Technologies” Qapalı Səhmdar Cəmiyyətidir.
Şirkətə Rəşad Namazov Fuad oğlu direktor təyin edilib.
Rəşad Namazov Naxçıvan MR-in mobil operatoru olan "Naxtel” MMC-nin direktorudur.
Şirkət ötən ilin üçüncü rübündə "Aznet Technologies” MMC (VÖEN: 1308647091) "Araznet Technologies” MMC-nin (VÖEN: 0201577291) ona qoşulması şəklində yenidən təşkil olunduğunu elan etmişdi.
"Aznet Technologies” MMC "Araznet Technologies” MMC-nin bütün hüquq və vəzifələri üzrə hüquq varisi sayılmalı idi.