Bakıda Mayotta adasındakı qasırğa qurbanları anılıb.
"Far.Az" xəbər verir ki, yanvarın 21-də Bakıda "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda keçirilən beynəlxalq konfransda təbii fəlakət zamanı həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, ötən il dekabrın 14-də Fransanın Hind okeanındakı Mayotta adasında tüğyan edən “Şido” qasırğası 39 nəfərin həyatına son qoyub, 1700 sakin isə zərər çəkib.
Foto : Samirə Həsənova