AZ

Xaçmazda baş verən qəzada yaralanan sürücünün həyatını xilas etmək mümkün olmayı

Xaçmazda baş verən qəzada ağır yaralanan sürücünün həyatını xilas etmək mümkün olmayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maşınların toqquşması nəticəsində ağır xəsarət alan sürücü, 1998-ci il təvəllüdlü Qədirov Samir Emin oğlu dünyasını dəyişib.

12:00

Fövqəladə Hallar Nazirliyi Xaçmazda baş verən qəza ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Müşkür kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobili ilə “Ford” markalı digər yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Ford”un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Xaçmaz rayonu, Çiləgir kənd sakini, 1998-ci il təvəllüdlü sürücü Qədirov Samir Emin oğlunu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

10:38

Yanvarın 21-i səhər saatlarında Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində “VAZ 2106” markalı avtomobillə “Shagman” markalı yük maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü, Xaçmaz rayonunun Çiləgir kənd sakini Samir Qədirov ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
13
14
yeniazerbaycan.com

10Mənbələr