AZ

Meşə yanğınları: Milli təhlükəsizlik məsələsinə çevrilməlidir?

“ABŞ-nin Kaliforniya ştatında baş verən meşə yanğınları həm də qlobal iqlim dəyişikliklərinin nəticəsidir”.

Bu sözləri Türkiyədə yaşayan azərbaycanlı fövqəladə hallar üzrə ekspert Vüsalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, son 6 ayda bölgədə yağıntılar normadan az düşüb:

“Nəticədə meşələrdə yanar materiala çevrilmiş quru budaqlar, quru ot-ələf artıb. Başda ABŞ olmaqla iri dövlətlər qlobal iqlim dəyişikliklərinin yaratdığı fəsadları ciddiyə almalı, “yaşıl enerji”yə keçid siyasətini gücləndirməlidir.

Nəzərə almaq lazımdır ki, qlobal istiləşmə davam edərsə, Yer kürəsində həyat çətinləşəcək. Paris İqlim Sazişinə əsasən, dövlətlər üzərinə karbon emissiyasının azadlılması öhdəliyini götürüb. 

Təcili şəkildə atmosfer kirliyiliyi yaradan sənaye müəssisələri yenidən qurulmalı, avtomobil tıxacları azaldılmalıdır. Daha doğrusu, daxiliyanma mühərrikləri ilə işləyən avtomobillər xəttdən çıxarılmalı, köhnə maşınların utilizazsiyası həyata keçirilməli, elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalı artırılmalıdır”.

Ekspert hesab edir ki, meşələrin qorunması milli təhlükəsilik məsələsinə çevrilməlidir: 

“Bir hektar meşəni ərsəyə gətirmək illərlə vaxt və böyük enerji tələb edir. Meşələr təbiətin bizə verdiyi ərməğandır, təbii sərvətdir. Meşələrin qorunması Allahın ümidinə qalmamalıdır.

Düşünürəm ki, meşə sahələri müasir İKT vasitələrindən istifadə edilməklə qorunmalıdır. Əlavə mühafizə briqadaları yaradılmalı, xüsusən piknik ediləcək gözəl məkanlara nəzarət edilməlidir. Getdikcə artan yanğın təhlükələrinə qarşı tədbirli olmaq məcburiyyətindəyik”. 

Vüsalə Əliyevanın fikrincə, Azərbaycanda Türkiyədə olduğu kimi yanğınlarla mübarizə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları yaradılmalıdır:

“Bu qurumlar məktəblərdə və digər müəssisələrdə yanğınsöndürmə haqqında məlumatlandırıcı sessiyalar, tədbirlər keçirməlidir. 

Öncədən təbii ki, bu QHT-lərin sədrlərinin, fəallarının ibtidai səviyyədə yanğınsöndürmə təhsili olmalıdır. Yanğınsöndürmə balonlarından istifadə ilə bağlı təlimlər təşkil edilməlidir”.

Seçilən
17
cebheinfo.az

1Mənbələr