Ədliyyə nazirinin Astara rayonunda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.
Qeyd edilib ki, ədliyyə naziri Fərid Əhmədovun yanvarın 24-də Astara rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbul yanvarın 31-də keçiriləcək.