AZ

Qatarlar Keşlə dəmiryol stansiyasında niyə saxlamır?- EKSPERTDƏN TƏKLİF

Keşlə dəmiryol stansiyası: Qatarlar burda niyə saxlamır?

“Bakı Sərnişin stansiyasından sonra şəhər daxilində ən önəmli stansiya Keşlədir. Coğrafi yerləşmə mövqeyi tam şəhərin mərkəzi həmçinin şəhərin fərqli istiqamətindən dəmiryolunun bu stansiyaya çıxışının olması bəzi əlavə xətlər tikməklə potensialın artırmaq mümkündür”.

AzPost bildirir ki, bunu nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib. “Çox təəsüf ki, bu gün hərəkət edən qatarlar bu stansiyada saxlamadan hərəkət edir. Düşünürəm dayanacaq təmin etməklə sərnişinlərə fərqli istiqamətdən çıxış təmin etməklə şəhər nəqliyyatında sərnişin axının parçalanmasına yükün bölünməsinə nail olmaq mümkündür” – deyə ekspert əlavə edib.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərinə qədər Keşlə stansiyasına elektrik qatarları işləyirdi.

Xatırladaq ki, Keşlə dəmiryol stansiyası  sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası kimi tikilib. Stansiya Bakı-Moskva dəmiryolu xəttinin üzərində yerləşir.

Seçilən
27
azpost.info

1Mənbələr