Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 308,134 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 13,8 % azdır.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,6 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 15,9 % azalaraq 724,535 milyon ABŞ dolları (ümumi ixracın 11 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 10,9 % azalaraq 583,599 milyon ABŞ dolları (ümumi idxalın 3,5 %-i) olub.