AZ

Gözlənilən istefa

“Portu”da gözlənilən istefa rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, rəhbərlik baş məşqçi Vitor Bruno ilə yolları ayırıb. Portuqaliya klubunun saytının məlumatına görə, 42 yaşlı mütəxəssis ilə müqavilə qeyri-qənaətbəxş nəticələrə görə ləğv edilib. Komandanın baş məşqçi vəzifəsini müvəqqəti olaraq Joze Tavareş yerinə yetirəcək.

Bruno komandaya ötən ilin yayından rəhbərlik edirdi. “Portu” 18 turdan sonra Portuqaliya çempionatında 40 xalla 3-cü yeri tutur.

Seçilən
21
football-plus.az

1Mənbələr