AZ

Ölü hesab edilən döyüşçü meyitxanada dirildi

Rusiyada maraqlı hadisə baş verib. Kp.ru-nun yaydığı məlumata görə, 2023-cü ilin avqustundan Ukraynadkı müharibədə iştirak edən Surqutdan olan “Katun” ləqəbli hücum qrupunun komandiri İqor K. əsl faciə yaşayıb. O, ağır yaralandıqdan sonra ölmüş hesab edilib. Zabit sonradan nəinki dirilib, həm də yoldaşlarını qorumaq üçün xidmətə qayıdıb.

"2023-cü ildə baş verən hekayə yalnız indi məlum olub. Hər şey "Katun"un briqadasının Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması ilə başlayıb. Mərmi İqorun olduğu divara dəyibmiş. Partlayış onu o qədər kənara atıb ki, döyüşçü iki divarı yarıb keçib. Xoşbəxtlikdən divarlar gildən hazırlanmışdı",- nəşr yazıb.

Hərbçi təcili olaraq həkimlərə çatdırılıb. Lakin aldığı xəsarətlər o qədər ağır imiş ki, həkimlər onun öldüyünü elan ediblər. Zabitin hətta ürəyi dayanı və bədəni göyərərək soyumağa başlayıb. İqor qara torbaya qoyularaq meyitxanaya göndərilib. Sonradan özünə gələn döyüşçü dirilərək meyitlər üçün nəzərdə tutulmuş qara torbanı cırıb ayağa qalxıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural
Seçilən
11
news365.az

1Mənbələr