AZ

Şirer: “Amorimin “Mançester Yunayted”i daha bərbad oynayır”

İngiltərə futbolunun əfsanəsi, keçmiş hücumçu Alan Şirer “Mançester Yunayted”in çıxışları ilə bağlı fikrini paylaşıb.

Arena.az “The Rest Is Football” dərgisinə istinadən, Şirerin bu barədə qənaətini təqdim edir:

“Onlar indi Ten Haqın rəhbərliyi altında olduqlarından daha bərbaddırlar. Çünki bu məşqçi (portuqal mütəxəssis Ruben Amorim) öz sistemi ilə oynamaq istəyir. “Mançester Yunayted” oyunçuları onun istədiyi kimi oynaya bilmirlər. Futbolçular bunu sadəcə olaraq bacarmırlar”, deyə Şirer fikrini əsaslandırıb.

22 oyundan sonra “Mançester Yunayted” 26 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində 13-cü yerdə qərarlaşıb.

Seçilən
20
arena.az

1Mənbələr