Aktual.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşündə deyib.
"2020-ci və 2022-ci illərdə üç ölkə liderinin əldə etdiyi üçtərəfli razılaşmaların inkişafı istiqamətində Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlərdə normallaşdırılmasına lazımi kömək göstərməyə hazırıq”, - o bildirib.
Onun sözlərinə görə, xüsusilə regionda mövcud vəziyyət fonunda bu razılaşmalar hələ də aktualdır.