AZ

Trampın andiçməsində Azərbaycanı o təmsil etdi - RƏSMİ

Ötən gün Vaşinqtonda ABŞ-nin yeni prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib. 

Andiçmə mərasimi əvvəlki illərdən fərqli olaraq Kapitoli binasının daxilində baş tutub.

Donald Tramp, birinci xanım Melaniya Tramp və vitse-prezident Vans Lafayette meydanının qarşısındakı kiçik, sarı kilsədə dua ediblər.

Trampın iki övladı - İvanka Tramp və Erik Tramp da andiçmə mərasimində iştirak edirlər. Qonaqlar arasında aşağıdakı şəxslər də olub:

- Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson

- Hindistanlı milyarder Mukeş Ambani

- "Meta" şirkətinin sahibi Mark Zukerberq

- "Apple" şirkətinin icraçı direktoru Tim Kuk

- "Amazon.com"un qurucusu Cef Bezos və sevgilisi Lauren Sançez

- "Tesla" və "SpaceX"in sahibi Elon Mask.

Bəs andiçmə mərasimində Azərbaycandan kim iştirak edib?

Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ayxan Hacızadə bildirib ki, ABŞ-nin 47-ci prezidenti Donald Trampın inauqurasiya mərasimində Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim iştirak edib.


 

Seçilən
5
8
modern.az

8Mənbələr