2024-cü il ərzində Azərbaycanda 16 milyard 75.6 milyon ədəd siqaret və siqar, 4264.9 ton isə tütün istehsal edilib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, illik müqayisədə siqaret və siqar istehsalı 0.4%, tütün istehsalı isə 84.4% artıb.
Qeyd edək ki, 2025-ci il yanvar ayının 1-nə siqaret və tütün üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 1 milyard 97 milyon ədəd və 768.2 ton təşkil edib. (Apa)