AZ

"Taliban" Trampın bu çağırışını RƏDD ETDİ

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı ABŞ prezidenti Donald Trampın çağırışını rədd edib.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, hərəkat milyardlarla dollar dəyərində olan Amerika silahlarını geri qaytarmaqdan imtina edib.

"Taliban" hesab edir ki, ABŞ nəinki silahları götürməməlidir, həm də “İslam Dövləti” terror təşkilatı ilə mübarizə üçün daha müasir vasitələr təqdim etməlidir.

Xatırladaq ki, Tramp bazar günü keçirilən mitinqdə Əfqanıstan tərəfini Amerika qoşunlarının orada qoyub getdiyi silah və avadanlıqları geri qaytarmasa, ona istənilən maliyyə yardımını dayandıracağı ilə hədələyib.

Seçilən
5
3
publika.az

3Mənbələr