Zaqatala rayonu Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva vəzifəsindən çıxarılıb.
Publika.az xəbər verir ki, o, yanvarın 17-də kollektivlə sağollaşıb.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb
TƏBİB-dən cavab olaraq bildirilib ki, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Tamara Fəxrəddin qızı Nurəliyeva Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) 21 yanvar 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilib. (Bizim.media)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta