AZ

“Air France” bu tarixdə Təl-Əvivə uçuşları BƏRPA EDƏCƏK

Fransanın “Air France” aviaşirkəti Qəzza zolağında və Livanın cənubundakı münaqişələr səbəbindən aylarla davam edən fasilədən sonra Təl-Əviv və Beyruta uçuşlar həyata keçirəcək.   Manset.az xarici media-ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. “2025-ci il yanvarın 25-dən etibarən Təl-Əvivə həftədə beş reys olmaqla uçuşlar bərpa olunacaq. “Air France” həmçinin Paris və Beyrut arasında uçuşların bərpası üçün mümkün olan hər şeyi edir”, - məlumatda deyilir.

Şirkət Livana uçuşların bərpası üzrə konkret tarixlər açıqlamayıb və bunu yaxın günlərdə edəcəyinə söz verib.

Seçilən
4
3
manset.az

10Mənbələr