AZ

Bərpa, Tikinti və İdarəetmə Xidməti bu şirkətə 6 milyonluq sifariş verdi

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi “Ağdam rayonu Kəngərli kəndində tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarının tikinti-quraşdırma işləri”nin satın alınması ilə bağlı müqavilə bağlayıb.

Valyuta.az xəbər verir ki, tikinti-quraşdırma işləri "Real- İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçiriləcək.

Görüləcək işə 6 milyon 728 min 065 manat vəsait ayrılıb.

Maya Hüseynova

Seçilən
30
1
valyuta.az

2Mənbələr