AZ

“Qalatasaray”dan Avropa Liqasında “Dinamo” ilə heç-heçə

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 7-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.

Avroliqanın 2025-ci ildəki ilk oyununda Türkiyə çempionu “Qalatasaray” Kiyev “Dinamo”sunu (Ukrayna) qəbul edib. İstanbuldakı “Əli Sami Yen Spor Kompleksi”ndə keçirilən oyun məhsuldar alınıb. Turun açılış oyunu 3:3 hesablı bərabərliklə yekunlaşıb. Meydan sahiblərinin heyətində Davinson Sançes, Abdülkerim Bardakçı və Viktor Osimhen fərqləniblər. Qonaq komandanın heyətində isə Vladislav Vanat və dubla imza atmış Andrey Yarmolenko adını tabloya yazdırıb.

Bu nəticədən sonra “Qalatasaray” 13-cü xalını qazanaraq turnir cədvəlində 5-ci sırada yer alıb. “Dinamo” isə ilk xalını əldə edərək sonuncu – 36-cı pillədə qərarlaşıb.

Avropa Liqasında Liqa mərhələsinin 7-ci turunun “Beşiktaş” – “Atletik” matçı sabah, qalan görüşləri isə yanvarın 23-də keçiriləcək.

Avropa Liqası
Liqa mərhələsi, 7-ci tur
21 yanvar

“Qalatasaray” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna) 3:3
Qollar: Davinson Sançes, 6. Abdülkerim Bardakçı, 21. Viktor Osimhen, 53 – Vladislav Vanat, 45. Andrey Yarmolenko, 68; 81.

Seçilən
6
1
arena.az

10Mənbələr