AZ

Avropa Birliyi Türkiyəyə başsağlığı verdi

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzindəki hoteldə baş verən yanğınla bağlı başsağlığı mesajı paylaşıb. Metbuat.az xəbər verir ki, o, Boluda baş verən yanğında həyatını itirənlər üçün kədərləndiyini bildirib. Kallas, "Alovları nəzarət altına almaq üçün yorulmadan çalışan cəsur xilasetmə qruplarını dəstəkləyirəm. Bu ağrılı anda Türkiyənin yanındayıq" deyərək həyatını itirənlərin ailələrinə başsağlığı verib. Avropa Parlamentinin sədri Roberta Metsola da X hesabında paylaşdığı başsağlığı mesajında, "Həyatları xilas etmək üçün əllərindən gələni edən cəsur müdaxilə qruplarına təşəkkür edirəm. Yaralılara tezliklə şəfa diləyirəm" - deyə bildirib.

Qeyd edək ki, "Kartalkaya" Xizək Mərkəzinin hotelində baş verən yanğın nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb, 51 nəfər yaralanıb.

Seçilən
0
4
metbuat.az

4Mənbələr