AZ

Bülent Korkmazın yeni iş yeri açıqlandı

Türkiyəli mütəxəssis Bülent Korkmazın yeni iş yeri məlum olub.

“Qafqazinfo” xəbər verir ki, 56 yaşlı məşqçi “Erokspor”a baş məşqçi təyin edilib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Erokspor” hazırda Türtkiyə 1-ci liqasında 14-cü sıradadır.

Qeyd edək ki, B.Korkmaz 2009-2010 mövsümündə Azərbaycanda “Bakı” klubunu çalışdırıb. Son klubu “Rizəspor” olan mütəxəssis “Kayserispor”, “Bursaspor”, “Gənclərbirliyi”, “Qalatasaray”, “Karabükspor”, “Başakşehir” və “Mersin İdman Yurdu”nu da çalışdırıb.

Seçilən
3
4
qafqazinfo.az

5Mənbələr