Kerem Demirbay "Qalatasaray"ı tərk etməyəcək.
İdman.biz xəbər verir ki, futbolçu özü bu barədə məlumat verib.
31 yaşlı müdafiəçi yenidən Almaniya Bundesliqasında oynamaq imkanı qazanıb. Keremin qış transferi pəncərəsində "Verder"ə keçmək şansı olsa da, o, bu təklifdən imtina edib.
Qeyd edək ki, Demirbay bu mövsümdə "Qalatasaray"ın heyətində 25 oyunda 3 ötürmə ilə yadda qalıb. O, Almaniyada "Kayzerslautern", "Hoffenhaym" və "Bayer" kimi klublarda forma geyinib.
İdman.biz