Bakı. Trend:
Dövrələrarası fasilədə transferləri davam etdirən “Sumqayıt”heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan Trend-əverilən məlumata görə, “kimyaçılar” son olaraq Gürcüstanın“Torpedo” (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.Tibbi yoxlanışdan uğurla keçən 27 yaşlı futbolçu “Sumqayıt”ınheyətində 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Momo Yansane karyerası boyunca “Torpedo” iləyanaşı “Nijni Novqorod” (Rusiya), “Şerif” (Moldova), “Riyeka”(Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsasyığmalarına da dəvət alıb.