AZ

“Sumqayıt” qvineyalı hücumçunu TRANSFER ETDİ

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK heyətini hücumçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, "kimyaçılar" son olaraq Gürcüstanın "Torpedo" (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.

"Sumqayıt Hospital"da tibbi yoxlanışdan uğurla keçən 27 yaşlı futbolçu "Sumqayıt"ın heyətində "11" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Momo Yansane karyerası boyunca "Torpedo" ilə yanaşı "Nijni Novqorod" (Rusiya), "Şerif" (Moldova), "Riyeka" (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.

Bizim.Media

Seçilən
8
9
bizim.media

10Mənbələr