AZ

Məhkəmə Ursula fon der Leyenə qarşı iddiaya baxmaqdan imtina etdi

Lyej məhkəməsi 35,8 milyard avroya 1,8 milyard "COVID- 19" vaksininin alınması işində adı hallanan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə qarşı ittihamları rədd edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə işi araşdıran məhkəmə bəyanat yayıb.

“Lyej məhkəməsi Frederik Baldanın Ursula fon der Leyenə qarşı qaldırdığı iddiaya baxmaqdan imtina edib”, - bəyanatda bildirilir.

Məlumatına görə, məhkəmə bu barədə yanvarın 20-də qərar verib.

Xatırladaq ki, Ursula fon der Leyen o vaxt sınaqları tamamlanmamış COVID-19-a qarşı peyvəndin alınması üçün müqavilə bağlamaqda ittiham olunurdu. İddia olunurdu ki, bu qərar onun Pfizer rəhbəri ilə SMS yazışmasından sonra Aİ ölkələrinin əvvəlcədən razılığı olmadan qəbul edilib . Nəticədə buna Aİ büdcəsindən 35,8 milyard avro xərclənib.


Müəllif: Arzu
Seçilən
8
12
teleqraf.com

10Mənbələr