Nardaran İnvest

Optik şəbəkələr mühəndisi (qaynaq və layihələndirmə)

Son tarix 21 fev 2025 – [email protected]

Vəzifələr:

  • Müasir avadanlıqlardan istifadə edərək optik liflərin qaynağı və birləşdirilməsi.
  • Optik şəbəkələrin topologiyasının (FTTH, GPON və s.) hazırlanması və layihələndirilməsi.
  • Optik siqnalların bölünməsi, analizi və tənzimlənməsi, muftalar və splitterlərlə iş.
  • Optik şəbəkələrdə nasazlıqların diaqnostikası və aradan qaldırılması.
  • Reflektometr (OTDR) və digər alətlərdən istifadə edərək testlər və ölçmələr aparılması.
  • Yerinə yetirilən işlər üzrə sənədləşmə işlərinin aparılması.

Tələblər:

  • Optik liflərlə iş təcrübəsi (qaynaq, montaj, tənzimləmə).
  • Şəbəkə rabitə topologiyalarının qurulması üzrə biliklər (optika, GPON və s.).
  • Reflektometr, güc ölçən cihazlar və digər alətlərlə işləmə bacarığı.
  • Optik siqnalların bölünməsi prinsipləri üzrə biliklər (splitterlər, muftalar).
  • Şəbəkə protokolları və texnologiyalar üzrə əsas biliklər (Ethernet, IP).
  • Montaj qaydaları və optik rabitə xətlərinin standartları haqqında biliklər.
  • Magistral və yerli rabitə xətlərinin çəkilişi üzrə təcrübə.
  • GPON və ya bənzər texnologiyalar üzrə şəbəkələrin qurulmasında iştirak təcrübəsi.
  • Server otağında qayda və nizam-intizama cavabdehlik, kabel idarəetmə (Cable Management) bacarığı.
  • Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı.

Üstünlüklər:

  • Rabitə, İT və ya elektronika sahəsində ali və ya orta ixtisas təhsili.
  • Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi.
  • B kateqoriyalı sürücülük vəsiqəsinin olması

Maaş 1000-1200 azn

Cv-ləri elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.